BAKI, 29 oktyabr. TELEQRAF

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın səhhəti son həftələrdə pisləşib.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Bildirilib ki, o, 27 Oktyabr hadisəsinin anım mərasimində iştirak etməyib və abidə önünə gül dəstəsi qoymayıb: “Həmçinin son vaxtlar bir sıra tədbirlərdə iştirakını və səfərlərini, o cümlədən COP-17 çərçivəsindəki tədbirlərdə iştirakını ləğv edib. İstisna olaraq açılış mərasimində və çıxış etdiyi bir tədbirdə iştirak edib”.

Nəşrin məlumatına görə, Xaçaturyan prezident iqamətgahında da ara-sıra olur:

“Ermənistan Prezidenti uzun müddətdir səhhətində problemlər yaşayır. Hətta son vaxtlar insanlar onun xarici görünüşündə də dəyişikliklər müşahidə ediblər.

Dünən isə “Dvin” kompleksində İnsan İnkişafı üzrə 2025-ci il Təlal Beynəlxalq Mükafatının qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçirilib. Tədbirin Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın sədrliyi ilə keçirilməsi planlaşdırılsa da, mərasimdə iştirak etməyib. Halbuki İspaniya kraliçası və Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz bin Təlal bin Əbdüləziz əl-Səud da daxil olmaqla, yüksək səviyyəli qonaqlar tədbirə qatılıblar. Qonaqları Baş nazir Nikol Paşinyan qəbul edərək, tədbirdə iştirak edib”.