BAKI, 28 oktyabr. TELEQRAF

Ermənistanın müxalif “Qanunun Aliliyi Ölkəsi” partiyasının təsisçisi Artur Baqdasaryanın əmlakına və pul vəsaitlərinə həbs qoyulub.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Məcburi İcra Xidmətindən bildirilib.

Qərara əsasən, borclu A.B.-yə və onunla əlaqəli 7 şəxsə məxsus təxminən 8 daşınmaz əmlak obyektinə, 1020 daşınar əmlaka, nəqliyyat vasitəsinə, eləcə də müxtəlif şirkətlərdən ümumilikdə 156 milyon 545 min dram məbləğində puluna həbs qoyulub. Həmçinin borclu ilə əlaqəli üç hüquqi şəxsin nizamnamə kapitalındakı 100 faizlik, digər bir hüquqi şəxsdəki isə 5 faizlik payların sərəncamına dair hər hansı əməliyyatın həyata keçirilməsi qadağan edilib.

Borcluya aşkar edilmiş və üzərinə həbs qoyulmuş əmlakın qanunsuz şəkildə idarə olunmasına yönələn hər hansı hərəkət etməmək də tapşırılıb.