BAKI, 28 oktyabr. TELEQRAF
“Mehri dəmir yolu ilə bağlı cinayət işi açılıb”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə hökumətlə sual-cavab zamanı deyib.
O bildirib ki, cinayət işi dəmir yolunun relslərinin sökülməsi ilə bağlıdır. Bununla belə, Paşinyan təfərrüatları açıqlamayıb.
Paşinyan qeyd edib ki, məsələ ilə bağlı ətraflı məlumat vermələrini həmkarlarından xahiş edib.
O vurğulayıb ki, cavab aldıqdan sonra bu mövzuya daha ətraflı münasibət bildirəcək.
Söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında sovet dönəmində mövcud olmuş dəmir yolundan gedir. Xatırladaq ki, Ermənistan rəhbəri bir müddət əvvəl bununla əlaqədar sabiq prezident Robert Köçəryanı ittiham etmişdi.