BAKI, 29 oktyabr. TELEQRAF

İllik inflyasiya hədəf diapazonu (4±2%) daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.

Qeyd edilir ki, 2026-cı ilin sentyabrında 12 aylıq inflyasiya 5.5% təşkil edib ki, bu da avqustdakı analoji göstəriciyə nəzərən 0.2 faiz bəndi aşağıdır. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.9%, ödənişli xidmətlər üzrə 5.1%, qeyri-qida məhsulları üzrə isə 3.6% olub. İllik baza inflyasiya 4.9% təşkil edib.