BAKI, 29 oktyabr. TELEQRAF

Qadın voleybolçulardan ibarət “Turan” komandası bu gün CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Tovuz təmsilçisi səfərdə Xorvatiyanın “Mladost” klubu ilə qarşılaşacaq.

Zaqrebdə keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Turan” oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində keçirilən ilk matçda “Mladost”u 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə məğlub edib.