BAKI, 28 oktyabr. TELEQRAF

Beynəlxalq konsaltinq şirkəti “Policy and Management Consulting Group”da (PMCG) baş məsləhətçi kimi işə başlayan Ermənistan Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryan hələ də Baş nazir Nikol Paşinyana qarşı incikliyini dəf edə bilmir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qriqoryan yaxın çevrəsində narazılığını gizlətmir və bildirir ki, Qərb onu Paşinyana alternativ kimi nəzərdən keçirib, məhz buna görə də heç bir səbəb olmadan vəzifəsindən uzaqlaşdırılıb. Qohumları və ailə üzvləri də hər yerdə Paşinyanı tənqid edir, onun Qriqoryandan istifadə etdikdən sonra kənara atdığını deyirlər.

Xatırladaq ki, Armen Qriqoryan avqust ayında vəzifəsindən azad edilib və onun yerinə parlamentin keçmiş sədri Alen Simonyan təyin olunub.