BAKI, 29 oktyabr. TELEQRAF

Hazırda “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə bölüşülür.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev brifinqdə deyib.

O bildirib ki, dünyada “ASAN xidmət” modelini əsas götürən 600-dən çox mərkəz vasitəsilə 800 milyondan artıq insana xidmət göstərilir: "Bu, Azərbaycanın yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da “heç kəsi geridə qoymamaq” prinsipinə töhfə verdiyini göstərir".