BAKI, 29 oktyabr. TELEQRAF
Norveç Amerika Birləşmiş Ştatlarının sanksiya təhlükəsi ilə üzləşən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) fəaliyyətini davam etdirmək üçün praktiki və maliyyə köməyi göstərməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Espen Bart Eyde "Politico" nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Oslo bu məsələdə Niderland, Almaniya və İslandiya kimi dövlətlərlə sıx əməkdaşlıq edir.