BAKI, 29 oktyabr. TELEQRAF

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazının şərqində, Sırik sahillərində ABŞ ordusunun MQ-1 tipli dronunu məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyat SEPAH-ın Aerokosmik Qüvvələrinin “yeni qabaqcıl hava hücumundan müdafiə sistemi” vasitəsilə həyata keçirilib.

İndiyədək ABŞ rəsmiləri SEPAH-ın bu iddiasına münasibət bildirməyiblər.