BAKI, 28 oktyabr. TELEQRAF

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ölkənin KTMT-dən çıxarılması ilə bağlı bəyanatları şərh edərkən deyib.

Nazir İrəvanın təşkilatda iştirakını çoxdan dayandırdığını və üzvlüyünü dondurduğunu qeyd edib.

“Biz KTMT-də iştirakımızı çoxdan dayandırmışıq, üzvlüyümüzü dondurmuşuq. Əgər təşkilatın digər üzvləri və ya baş katibliyi hansısa şərhlər verirsə, bu, əbəsdir. Münasibətimizi dəyişməyəcəyik və KTMT-yə qayıtmağı düşünmürük”, - Mirzoyan vurğulayıb.