BAKI, 29 oktyabr. TELEQRAF

Nyu-York birjasında qızılın qiyməti artıb.

Teleqraf xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.14% artaraq 4.057 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.29% ucuzlaşaraq 53.51 ABŞ dolları təşkil edib.