BAKI, 29 oktyabr. TELEQRAF

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı davam edir.

Teleqraf xəbər verir ki, yarışın növbəti günündə Azərbaycanın üç idmançısı xalça üzərinə çıxacaq.

Qadınlardan Ruzanna Məmmədov (59 kq) ilk görüşündə yaponiyalı Natsuki Yamaquçi ilə üz-üzə gələcək.

Kişilər arasında sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) qırğızıstanlı Tairbek Jumaşbeklə, Maqomedxan Maqomedov (97 kq) isə belaruslu Aleksandr Quştinlə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb.