BAKI, 27 oktyabr. TELEQRAF
“Hadisənin sifarişçiləri bu qədər asanlıqla müəyyən edilə biləcəyi halda, niyə hadisədən dərhal sonra üzə çıxarılmadı?”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Ruben Rubinyan 1999-cu il oktyabrın 27-də parlamentdə törədilmiş terror aktı barədə danışarkən deyib.
“O zaman prezident Robert Köçəryan idi. Bəs niyə o, bu işin üstünü açmadı? Çox qəribədir, onlarla əlaqəli media qurumları gəlib 27 Oktyabr hadisəsi zamanı 9 yaşında olan məndən soruşurlar ki, niyə bu hadisə açılmayıb”, - Rubinyan bildirib.
Spiker xatırladıb ki, həmin vaxt Robert Köçəryan prezident, Serj Sərkisyan isə milli təhlükəsizlik naziri olub.
“Mən də sizin media qurumlarınızla əlaqəli Robert Köçəryandan və Serj Sərkisyandan soruşuram: niyə 27 Oktyabr hadisəsi cinayətdən dərhal sonra açılmadı? Dahasını da deyim: belə fikirlər də var ki, 27 Oktyabr terror aktının nəticələri ən azı siyasi baxımdan Robert Köçəryan üçün sərfəli olub”, - o, jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Rubinyan əlavə edib ki, 27 Oktyabr hadisəsinin açılmasında hakim “Vətəndaş Müqaviləsi” Partiyası qədər maraqlı olan başqa heç bir siyasi qüvvə yoxdur.