BAKI, 27 oktyabr. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi son günlərdə 98 xarici vətəndaşı ölkədən deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, Pakistan, Türkiyə, Kuba, Rusiya, Azərbaycan, Hindistan, Livan, İordaniya, Nigeriya, Tailand, Filippin, Banqladeş, Efiopiya, İraq, Çin və digər ölkələrin ümumilikdə 98 vətəndaşı ölkədən çıxarılıb.

Deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Qeyd olunub ki, bu il Miqrasiya İdarəsi tərəfindən 3500-dən çox insan Gürcüstandan deportasiya olunub.