BAKI, 29 oktyabr. TELEQRAF
Estoniya Rusiya ilə sərhəd bölgəsində təhlükəsizliyi gücləndirmək üçün təxminən 150 ədəd sığınacaq – bunker tikməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Estoniya müdafiə naziri Martin Herem bildirib.
O qeyd edib ki, həmin sığınacaqların təxminən 100-ü dövlət torpaqlarında, qalan 50-si isə bələdiyyə və ya özəl torpaqlarda yerləşəcək.