BAKI, 5 avqust. TELEQRAF
Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstounu qəbul edib.
Teleqraf xəbər verir ki, görüşə Trans-Xəzər Müəssisələri Fondunun prezidenti Konstantin Sokolov və ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen də qatılıb.
Qriqoryan görüşdə 2025-ci il avqustun 8-də əldə olunmuş razılaşmaların regionda sülh və sabitliyin təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Tərəflər görüş zamanı TRIPP (“Tramp marşrutu”) layihəsini və onun həyata keçirilməsinin vacibliyini müzakirə edərək, proyektin reallaşdırılması istiqamətində görülən işlərin əhəmiyyətinə diqqət çəkiblər.