BAKI, 29 iyul. TELEQRAF

Ermənistan Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana yönəlik təhdidlərlə bağlı açıqlaması əsasında araşdırmaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qurumun qərarı Akopyanın ailədaxili zorakılıq mövzusunda son açıqlamalarından sonra ünvanına təhdidlər səsləndirildiyini bildirməsinin ardından verilib.

Xatırladaq ki, Anna Akopyan bundan əvvəl sosial mediada paylaşdığı videoda ailədaxili zorakılıqla bağlı səsləndirdiyi fikirlərdən sonra təhdidlər aldığını açıqlamışdı.