BAKI, 23 iyul. TELEQRAF

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan dünən xəstəxanaya aparılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənista mediası məlumat yayıb.

Məlumata görə, prezidentin səhhəti pisləşib və o, infarktdan əvvəlki vəziyyət diaqnozu ilə “Nairi” Tibb Mərkəzinə aparılıb.

Vaaqn Xaçaturyan xəstəxanada zəruri tibbi müayinələrdən keçib. Müayinələr başa çatdıqdan sonra isə xəstəxanadan evə buraxılıb.