BAKI, 2 iyun. TELEQRAF
Ermənistan xalqının taleyi və Ermənistanın dövlətçiliyi Baş nazir Nikol Paşinyanı narahat etmir, o, ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının vətəndaşlara nəyə başa gələcəyini gizlədir.
Teleqraf xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, analoji ssenari vaxtilə Ukraynada da yaşanıb: "Avropa İttifaqı ilə inteqrasiya barədə qərar qəbul edilərkən tamamilə fərqli şeylərdən, o cümlədən inkişaf perspektivlərindən danışırdılar. Praktikada isə məlum oldu ki, Ukraynanın kənd təsərrüfatı məhsulları, mahiyyət etibarilə, Avropa bazarlarına buraxılmadı".
V.Volodin eyni aqibətin Ermənistanı da gözlədiyini vurğulayıb.