BAKI, 8 may. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan və bir sıra hökumət üzvləri parlament seçkiləri ilə bağlı kampaniyada iştirak etmək üçün bu gündən etibarən məzuniyyətə çıxıblar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məzuniyyətə çıxan Ermənistan rəsmiləri:
Baş nazir Nikol Paşinyan
Xarici işlər naziri Ararat Mirzoyan
Ətraf mühit və təbii sərvətlər naziri Mxitar Hayrapetyan
Ətraf mühit naziri Ambarsum Matevosyan
Müdafiə naziri Suren Papikyan
Əmək və sosial məsələlər naziri Arsen Torosyan
Səhiyyə naziri Anahit Avanesyan
Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan
Ali təhsil və elm naziri Janna Andreasyan
Ədliyyə naziri Srbuhi Qalyan
Maliyyə naziri Vahe Ovannisyan
İqtisadiyyat naziri Gevorq Papoyan.
Hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki siyahısına daxil olan regional rəhbərlər və baş nazirin müşavirləri də məzuniyyətdədir.
Qeyd edək ki, Nikol Paşinyanın yerinə 8-27 may və 30 may-5 iyun tarixləri arasında müvəqqəti olaraq baş nazirin müavini Mqer Qriqoryan, 29 mayda isə baş nazirin digər müavini Tiqran Xaçaturyan təyin olunub.
Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.