BAKI, 19 yanvar. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Qazaxıstanın İrəvandakı səfiri Bolat İmanbayevi qəbul edib.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Qazaxıstan ikitərəfli münasibətləri ilə bağlı məsələləri, ticari-iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Bildirilib ki, görüşün nəticələri Qazaxıstan və Ermənistan arasında dostluq münasibətlərinin davamlı inkişafına yönəlmiş ikitərəfli əməkdaşlığın aktivləşdirilməsində qarşılıqlı marağı bir daha təsdiqləyib.