BAKI, 27 dekabr. TELEQRAF

“Oktyabrın 4-də Gürcüstanda dövlət çevrilişinə cəhdə dəstək verənlərin hamısı cavab verməlidir”.

Teleqraf xəbər verir ki, bunu “Qaxariya Gürcüstan Üçün” partiyasının üzvü Tamar Kekenadze deyib.

Partiya üzvünün sözlərinə görə, bu məsələ bağlı şəxslərin siyasi məsuliyyəti məsələsi gündəmə gətirilməlidir.

“Qondarma çevriliş təxribatına hansısa formada dəstək vermiş bütün şəxslər, ilk növbədə, sabiq prezident Mixeil Saakaşvilinin Milli Hərəkat Partiyası və ona bağlı təşkilat və fərdlər cavab verməlidirlər. Bu prosesdə seyirçi rolunda olanların siyasi məsuliyyətindən də danışırıq. Burada söhbət sabiq prezident Salome Zurabişvilidən gedir”, - Kekenadze bildirib.

Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi bu gün oktyabrın 4-də paytaxtda prezident sarayına hücumun təşkili ittihamı ilə təqsirləndirilən Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalayanın barəsində həbs qətimkan tədbiri seçib.