BAKI, 18 noyabr. TELEQRAF

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Teleqraf xəbər verir ki, görüşə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos da qatılıb.

Həmsöhbətlər regional hadisələri müzakirə etdilər, bölgədə nəqliyyat kommunikasiyalarının açılması imkanları və əhəmiyyətinə toxunaraq, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin davamlılığının vacibliyini bildiriblər.