TBİLİSİ, 11 sentyabr. TELEQRAF

“Almaniya səfiri 30 il ərzində Gürcüstan və Almaniya arasında qurulmuş ən yaxşı tərəfdaşlığı üç il ərzində demək olar məhv edə bilib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, diplomat Gürcüstan-Almaniya münasibətlərini ən aşağı səviyəyə çatdırmağa nail olub.

Spiker qeyd edib ki, hazırkı vəziyyətdə Gürcüstan-Almaniya münasibətlərinin yaxşılaşdırılmasından danışmaq çətindir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz növbəsində jurnalistlərə açıqlamasında Almaniya səfirini faciəvi fiqur adlandırıb. Onun sözlərinə görə, diplomatı ölkədən qovmaq ona hədiyyə olardı.

Qeyd edək ki, Gürcüstan hakimiyyəti Almaniya səfiri Peter Fişeri ölkədə qarşıdurma yaratmaqda və ektremizmi alovlandırılmaqda ittiham edir. Ötən gün Almaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayaraq diplomata qarşı davam edən aqressiv ritorikanı qətiyyətlə pisləyib.