TBİLİSİ, 23 avqust. TELEQRAF
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Anri Oxanaşvili vəzifəsini tərk edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə DTX məlumat yayıb.
A.Oxanaşvili bundan sonra Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olacaq.
Qeyd edək ki, A.Oxanaşvili bu ilin aprelindən Gürcüstan DTX-nin rəisi idi.