TBİLİSİ, 22 iyul. TELEQRAF
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstanla Azərbaycan arasında uğurlu münasibətlərin uzunmüddətli əməkdaşlığa və dostluğa əsaslandığı qeyd edilib. Tərəflər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi vurğulayıblar.
Söhbət zamanı ikitərəfli səfərlərin dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub.
Orta Dəhlizin artan geosiyasi və geoiqtisadi əhəmiyyəti, strateji nəqliyyat və enerji layihələrinin böyük potensialı qeyd edilib.
Görüşdə, həmçinin Cənubi Qafqazda və daha geniş regionda baş verən hadisələrin müzakirəsi aparılıb. Tərəflər Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə davam edən danışıqlara toxunublar və regional sülhün vacibliyini vurğulayıblar.
***
13:53
BAKI, 22 iyul. TELEQRAF
Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi, regional sülh və təhlükəsizlikdə parlament diplomatiyasının əhəmiyyəti, qanunvericilik sahəsində əməkdaşlıq vasitəsilə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının dərinləşdirilməsi müzakirə olunub.