TBİLİSİ, 27 iyun. TELEQRAF
“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə nəzərdə tutulmuş işlər, demək olar ki, yekunlaşıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatla çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işlərin 98,5%-i yerinə yetirilib.
İ.Kobaxidze qeyd edib ki, Gürcüstanda dəmir yollarının modernləşdirilməsi layihəsi başa çatmaq üzrədir.
“Layihə nəticəsində dəmir yollarının ötürücülük qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək”, - hökumət başçısı söyləyib.