TBİLİSİ, 24 iyun. TELEQRAF

Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili vəzifəsini tərk edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

Baş nazirin sözlərinə görə, onun yerinə müavini Mariam Kvrivişvili təyinat alıb.

Hökumət başçısı qeyd edib ki, L.Davitaşvili bundan sonra onun iqtisadi məsələlər üzrə baş müşaviri və İqtisadi Şuranın katibi vəzifələrini tutacaq.

Qeyd edək ki, L.Davitaşvili 2022-ci ilin fevralından iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini tuturdu, 2021-ci il iyulun 12-dən isə Baş nazirin müavini idi. M.Kvrivişvili isə 2019-2020-ci illərdə Milli Turizm Administrasiyasının rəhbəri olub, 2021-ci ilin mayından iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini vəzifəsində çalışıb.