TBİLİSİ, 17 iyun. TELEQRAF

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili gələn ay Türkiyəyə səfər edəcək.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş gürcü həmkarı Şalva Papuaşvili ilə birgə keçirdiyi brifinqdə bildirib.

O, iki ölkə arasında iqtisadi şuranın növbəti toplantısının Gürcüstanda keçirləcəyini bildirib.

“Ümid edirəm ki, iki qonşu ölkələr arasında münasibətlər çox güclü şəkildə davam etdiriləcək və artırılacaq”, - TBMM sədri söyləyib.