TBİLİSİ, 17 iyun. TELEQRAF
“Azərbaycan, Gürcüstan və Türkiyə parlamentləri sədrlərinin üçtərəfli əməkdaşlıq mexanizmi təkrar canlandırılacaq”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş gürcü həmkarı Şalva Papuaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu il ərzində Türkiyə sədrlər arasında görüşə ev sahibliyi edəcək.
TBMM sədri gələcəkdə üçtərəfli mexanizmə digər Qafqaz ölkələrinin parlament sədrlərinin də daxil ediləcəyinin mümkün olduğunu vurğulayıb.