TBİLİSİ, 10 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın Administrasiyası Gürcüstanın yeni səfiri Tamar Taliaşviliyə aqreman verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə bildirib.

Spiker T.Taliaşvilini vəzifəyə təyinatı münasibətilə təbrik edib. O, Gürcüstan-ABŞ münasibətlərinin yenidən başlayacağına ümidvarlıq bildirib.

Yerli medianın məlumatına əsasən, T.Taliaşvili aqremanı ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqanın istefa verdiyi gün alıb.

Xatırladaq ki, R.Danniqan iyunun 5-də öz istəyi əsasında vəzifəsini tərk edib.

***

10:32

TBİLİSİ, 10 iyun. TELEQRAF

Tamar Taliaşvili Gürcüstanın ABŞ-dəki səfiri vəzifəsinə namizəd göstərilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze namizədin təsdiqlənməsi ilə bağlı prezident Mixeil Kavelaşviliyə müraciət təqdim edib.

Təqdimata əsasən, T.Taliaşvili bu ilin iyulun 10-dan ABŞ-dəki səfir postunu tutacaq.

T.Taliaşvili 2022-ci ilin oktyabrından Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi vəzifəsində çalışıb. O, 2020-2022-ci illərdə parlamentin üzvü olub.

Qeyd edək ki, Gürcüstanın ABŞ-dəki səfiri vəzifəsi 2024-cü ilin dekabrından Davit Zalkalianinin istefasından sonra boş qalıb.