TBİLİSİ, 5 iyun. TELEQRAF
ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan vəzifəsini tərk edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, diplomat bu barədə yaydığı müraciətdə bildirib.
O, səfir postunu öz istəyi əsasında tərk etdiyini vurğulayıb.
R.Danniqan səfir vəzifəsini iyul ayının sonuna qədər yerinə yetirəcək, daha sonra Gürcüstanı tərk edəcək.
Qeyd edək ki, R.Danniqan ABŞ-nin Gürcüstandakı səfiri postunu 2023-cü ildən tuturdu.