TBİLİSİ, 5 iyun. TELEQRAF
“Gürcüstanda esktremizm Avropa İttifaqı və bəzi ölkələrin büdcələri hesabına dəstəklənir və maliyyələşdirilir”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının və ayrı-ayrı səfirlərin maliyyələşdirdiyi və dəstəklədiyi təşkilatlar açıq şəkildə xalqın seçdiyi dövlət orqanlarının legitimliyini tanımır.
“Bu, qırmızı xəttdir. Hər kəs ayılmalı və zamanında qərar qəbul etməlidir”, - spiker söyləyib.
Qeyd edək ki, Ş.Papuaşvili ötən gün Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçenskiyə məktub ünvanlayıb. O, məktubunda Aİ-nin maliyyələşməsinin Gürcüstanda nifrət, zorakılıq və təbliğat məqsədilə istifadə olunmasından ciddi narahatlığını ifadə edib.