BAKI, 4 iyun. TELEQRAF

Ermənistanda Rusiya kapitalı ilə fəaliyyət göstərən iri şirkətlər Moskvadan yeni göstərişlər alıblar.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistanda Rusiya kapitalı ilə fəaliyyət göstərən iri şirkətlər yuxarıdan əmr alıblar ki, xeyriyyə proqramlarını, müxtəlif fondları və tədbirləri daha maliyyələşdirməsinlər. Bu şirkətlərdən birinin nümayəndəsi bizə bildirib ki, bu yaxınlarda xəbərdarlıq alıblar, amma onlara ətraflı məlumat verilməyib və qərarın siyasi, yoxsa iqtisadi komponentə əsaslandığını bilmirlər.

Görünür, bu, siyasi direktivdir, çünki Rusiya-Ukrayna müharibəsinin ən qızğın vaxtında belə Rusiya kapitalı ilə fəaliyyət göstərən şirkətlər ictimai təşəbbüslərə maliyyə dəstəyini dayandırmamışdılar”, - erməni nəşri yazıb.