BAKI, 24 sentyabr. TELEQRAF
“Ktriç Nersisyan (II Qaregin) artıq bütün ermənilərin katolikosu deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
Qurum rəhbəri jurnalistlərə açıqlamasında ona öz dini adı II Qaregin kimi yox, dünyəvi adı Ktriç Nersisyan kimi xitab edib.
Jurnalist özünün onu hələ katolikos və II Qaregin hesab etdiyini söyləyəndə, Alen Simonyan belə cavab verib:
“Katolikos yox, Ktriç Nersisyan. Sənin üçün şadam, amma bunu bütün Ermənistan xalqına aid etməyin. İndi məni də “katolikos” və ya “müqəddəs ata” hesab edə bilərsiniz. Amma Ermənistan xalqının əksəriyyəti seçkilərdə “Vətəndaş Müqaviləsi”nə səs verəndə onun Ktriç Nersisyan olduğunu da bəyan edib”.