BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp federal hökumətin rəsmi terminologiyasında "süni intellekt" ifadəsinin "superintellekt" ilə əvəz edilməsinə dair fərman imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Fərmanda bildirilir ki, federal hökumətin istifadə etdiyi terminologiya yeni texnologiyaların transformasiya imkanlarını və Amerika xalqı üçün yaratdığı perspektivləri əks etdirməlidir.
Sənədə əsasən, "superintellekt" termini bu texnologiyaların potensialını və sürətlə inkişaf edən imkanlarını daha dəqiq ifadə edir.
Fərmanla ABŞ-nin dövlət qurumlarına qanunvericiliyin imkan verdiyi çərçivədə rəsmi yazışmalarda, ictimai açıqlamalarda, internet saytlarında və hesabatlarda yeni termindən istifadə etmək tapşırılıb. Bununla belə, mövcud normativ hüquqi aktlarda dəyişiklik edilməsi tələb olunmur.
Tramp daha əvvəl "süni intellekt" ifadəsini uğursuz və qeyri-dəqiq adlandıraraq onun "superintellekt" ilə əvəz olunmasını təklif edib.
Çin lideri Si Cinpinin 23–25 sentyabr tarixlərində ABŞ-yə səfərinin yekunlarına dair Ağ Ev sənədlərində də tərəflərin yeni termindən istifadə barədə razılığa gəldiyi bildirilir.
Redaksiya qeydi: Sentyabrın 30-na aid bu fərmanın orijinalını Ağ Evin rəsmi saytında müstəqil təsdiqləmək mümkün olmadı. Rəsmi saytda mövcud olan əvvəlki sənədlərdə hələ də "süni intellekt" terminindən istifadə edilir.