BAKI, 25 sentyabr. TELEQRAF
“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan bu gün yenidən dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə partiya sədrinin mətbuat katibi İveta Tonoyan məlumat verib.
O bildirib ki, istintaq iranlı iş adamları ilə bağlı iş üzrə həyata keçirilir.
Xatırladaq ki, iyulda həbs olunan Qaqik Sarukyan külli miqdarda dələduzluq və çirkli pulların yuyulmasında ittiham edilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “Çiçəklənən Ermənistan” partiyasının sədri iranlı iş adamlarının 21 milyon dollar dəyərində əmlakını mənimsəyib. Sarukyan ötən aylar ərzində bir neçə dəfə eyni iş üzrə dindirilib.