CƏLİLABAD, 30 sentyabr. TELEQRAF
Zəhərlənmə şübhəsi ilə Cəlilabadda xəstəxanaya yerləşdirilən 10 nəfərlə bağlı TƏBİB açıqlama yayıb.
TƏBİB-dən Teleqraf-ın Cənub bürosuna bildirilib ki, 29 sentyabr 2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 kişi və 5 qadın olmaqla, ümumilikdə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
***
01:19
Biləsuvar rayonunda keçirilən əsgər yolasalma mərasimində iştirak edən Cəlilabad sakinlərinin qida zəhərlənməsinə məruz qaldığı bildirilir.
Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, mərasimdən sonra evlərinə qayıdan ailə üzvlərinin səhhətində narahatlıq yaranıb.
İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə 10 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların arasında uşaqların da olduğu bildirilir.
Hadisəyə mərasim zamanı yeyilən paytaxt salatının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.