BAKI, 24 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Baş nazir Administrasiyasının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin dərc etdiyi “Erməni Müqəddəs Apostol Kilsəsinin faktiki rəhbərinin və bir sıra yüksək rütbəli dini şəxslərin fəaliyyəti nəticəsində kilsədə yaranmış böhran və onun həlli yolları haqqında” hesabata münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
Paşinyan bildirib ki, hesabat onun tapşırığı ilə hazırlansa da, layihə ilə tanış olduqdan sonra erməni kilsəsində faktiki olaraq formalaşmış vəziyyətin təsəvvür etdiyindən daha ağır və böhranlı olduğu üzə çıxıb.
“Əgər hesabatı bir cümlə ilə ümumiləşdirsək, o zaman bu hesabat sübut edir ki, Erməni Apostol Kilsəsi Katriç Nersisyan (katolikos II Qaregin – red.) və ona dəstək verən bir qrup dini və dünyəvi şəxs tərəfindən zəbt olunub”, - Baş nazir qeyd edib.