BAKI, 28 sentyabr. TELEQRAF

Ermənistan Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlığı dərinləşdirməyə sadiqdir.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüşdə ölkə hökumətinin Aİ ilə tərəfdaşlığın dərinləşdirilməsinə sadiq olduğunu bildirib.

Görüş zamanı tərəflər Ermənistan-Aİ münasibətlərinin gündəliyini, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, parlamentin qərarına əsasən Ermənistanın Aİ-yə üzvlük prosesinə başlanılması məsələsi ölkədə müzakirə olunur.