BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ İraq Hava Yollarına xüsusi istisna halı kimi İrana uçuşlar həyata keçirməsinə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə İraq Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İraq Hava Yollarının İrana və İrandan uçuşlarının oktyabr ayında bərpa olunması gözlənilir. Uçuşların Nəcəf Beynəlxalq Hava Limanından həyata keçirilməsi nəzərdə tutulur.

Qərarın iranlı zəvvarların Nəcəf şəhərinə gediş-gəlişinin təmin etmək məqsədilə verilib.

Qeyd edək ki, dünyanın əksər ölkələrində olduğu kimi, Nəcəf Beynəlxalq Hava Limanı da ötən həftənin sonunda İran aviaşirkətlərinin uçuşlarını dayandırıb. Qərar ABŞ tərəfindən İranın hava nəqliyyatı sektoruna tətbiq edilən sanksiyalarla əlaqədar qəbul edilib.

İrandan Nəcəfə uçuşlar ciddi məhdudiyyətlər çərçivəsində həyata keçiriləcək.