BAKI, 30 sentyabr. TELEQRAF
“Microsoft”un qurucusu Bill Qeyts süni intellektin 1 milyard insanın ölümünə gətirib çıxara biləcəyi ilə bağlı mövqeyini dəyişib.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sentyabrın 29-da Ağ Evdə jurnalistlərə açıqlamasında iddia edib.
“İndi o, artıq bunu demir. Bazar günü nə dediyi mənim üçün önəmli deyil, çünki dünən bunun tam əksini söylədi”, - Tramp bildirib.
ABŞ Prezidenti süni intellektə müsbət yanaşdıqlarını vurğulayaraq bu sahənin miqyasına görə hətta Sənaye İnqilabını üstələyə biləcəyinin deyildiyini qeyd edib. Tramp Qeytsin mövqeyini dəyişdirdiyini hansı çıxışına əsasən söylədiyini dəqiqləşdirməyib.
Bill Qeyts sentyabrın 27-də "NBC News"a müsahibəsində Tramp administrasiyasının süni intellektə yanaşmasını tənqid edib və texnologiyanın yaratdığı risklərin qarşısının alınması üçün dövlət səviyyəsində tədbirlərin görülməsinə çağırıb.
Qeyts daha əvvəl süni intellektdən kibertəhlükələr, fırıldaqçılıq və dezinformasiyanın yayılması məqsədilə istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib. ABŞ administrasiyası isə süni intellekt sahəsində liderliyi əsas texnoloji prioritetlərindən biri kimi təqdim edir.