BAKI, 30 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə təslim olacağına inanır.

Teleqraf xəbər verir ki, ABŞ liderisüni intellekt texnologiyasını inkişaf etdirən şirkətlərin rəhbərləri ilə görüşdükdən sonra Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib:

"Onların hələ təslim olub-olmayacağını bilmirəm. Amma təslim olacaqlar. İşlər çox pis gedir".

Tramp əlavə edib ki, son bir neçə gündə Hörmüz boğazından tarixdə indiyə qədər olduğundan daha çox neft daşınıb.

O, İranın heç vaxt nüvə silahına sahib olmayacağına əminliyini bir daha vurğulayıb. İslam Respublikasının hakimiyyəti dəfələrlə bu cür silahlar hazırlamaq niyyətində olmadığını bildirib.