NAXÇIVAN, 30 sentyabr. TELEQRAF
Naxçıvanda skuterlə motosiklet toqquşub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Motosikletlə skuterin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Xəsarət alanlar - Uğur Əsgərov, Amin Quliyev və Simuzər Xəlilli Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.