BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ-nin "OpenAI" şirkəti 2026-cı ildə birjaya çıxmaq planından imtina etməsini süni intellekt sənayesində baş verən dəyişikliklərə uyğunlaşmaq zərurəti ilə izah edib.
Teleqraf xəbər verir ki, bunu şirkətin baş direktoru Sem Altman "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
"Biz mövqeyimizi möhkəmləndirmək, yeni şəraitdə necə fəaliyyət göstərəcəyimizi anladığımıza əmin olmaq və birjaya yeni çıxmış şirkət kimi təzyiq hiss etmədən qərarlar qəbul etmək istəyirik", - Altman deyib.
Onun sözlərinə görə, şirkət hazırda süni intellektin artan imkanlarına və yeni təhlükəsizlik standartlarına uyğunlaşmağa çalışır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl süni intellekt texnologiyalarının tənzimlənməsi üçün xüsusi komitənin yaradıla biləcəyini açıqlayıb.