BAKI, 29 sentyabr. TELEQRAF

ABŞ İran Müdafiə Nazirliyinə silah və komponentlərin alınmasında yardım etməkdə ittiham olunan 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiya siyahısına Çin, Honkonq və Pakistanda yerləşən strukturlar da daxil edilib.

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlər Donald Tramp administrasiyasının İrana iqtisadi təzyiq göstərilməsi və Tehranın təcrid olunmasına yönəlmiş daha geniş kampaniyasının bir hissəsidir.

ABŞ Maliyyə Nazirliyi sanksiyaların İranın silah proqramlarını bərpa etmək imkanlarını zəiflətmək, eyni zamanda Tehranın silah əldə etməsinə kömək edənlər üçün bunun maliyyə və iqtisadi nəticələrini artırmaq məqsədi daşıdığını bildirib.