BAKI, 25 sentyabr. TELEQRAF

Rusiyadan Ermənistana təbii qazın nəqli yenidən bərpa olunub.

Teleqraf xəbər verir ki, bu barədə "Gazprom Armenia" şirkəti məlumat yayıb.

Məlumata görə, sentyabrın 25-dən etibarən "Şimali Qafqaz - Zaqafqaziya" magistral qaz kəməri vasitəsilə qaz tədarükü əvvəlki qaydada həyata keçirilir.

Xatırladaq ki, təmir işləri ilə əlaqədar qaz nəqli sentyabrın 14-də müvəqqəti dayandırılmışdı.