BAKI, 25 sentyabr. TELEQRAF

“Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Robert Qevondyan deyib.

“Bəllidir ki, Rusiyanın hibrid əməliyyatları məntiqi çərçivəsində növbəti təzyiq vasitəsindən istifadə olunur. Bu dəfə artıq söhbət qazın qiymətinin artırılmasından deyil, tədarükdən imtinadan gedir. Qaz məsələsi ilə bağlı Ermənistana təzyiqi daha da dərinləşdirmək üçün sistemli cəhdlər edilir”, - ekspert vurğulayıb.

Ermənistan buna mümkün cavabına gəlincə, Robert Qevondyan qeyd edib: “Hesab edirəm ki, ən yaxşı cavab apardığımız siyasəti davam etdirmək olacaq”.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Aleksey Şevtsov bundan əvvəl bildirib ki, Rusiya qazından imtina Ermənistan üçün Almaniya və ya digər Avropa ölkələri ilə müqayisədə daha ağrılı olacaq: “Çünki Ermənistana qaz digər ölkələrlə müqayisədə daha ucuz satılır”.

Aleksey Şevtsovun cavab verdiyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan isə ondan əvvəl bəyan etmişdi ki, Ermənistan həm Azərbaycandan, həm də İrandan qaz ala bilər. Təhlükəsizlik Şurası rəhbərinin sözlərinə görə, Ermənistan qaz idxalını şaxələndirəcək və artıq bir mərkəzdən - Rusiyadan asılı olmayacaq.