BAKI, 28 sentyabr. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyi 50 xarici vətəndaşı deportasiya üçün saxlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin daxili işlər qurumu məlumat yayıb.

Kompleks tədbirlər nəticəsində 50 “qanunsuz miqrant” saxlanılıb. Onların arasında Nigeriya, Əfqanıstan, Azərbaycan, İran, Çin, Tailand, Rusiya, Hindistan, İraq, Türkmənistan və Misir vətəndaşları var.

DİN-in Miqrasiya İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılan şəxslərin ölkədən deportasiyası məqsədilə müvafiq prosedurlar həyata keçirilir.