BAKI, 29 sentyabr. TELEQRAF
Rusiyanın “Rosatom” Dövlət Korporasiyası Ermənistana beynəlxalq konsorsium formatında 1 QVt gücündə yeni atom elektrik stansiyasının tikintisini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçov İrəvanda jurnalistlərə bildirib.
Lixaçev qeyd edib ki, qarşıdakı aylarda Ermənistan hökuməti yeni atom elektrik stansiyasının texniki həlli və tikinti tərəfdaşının seçilməsi ilə bağlı yekun qərarını verməlidir.
O vurğulayıb ki, Rusiya artıq Ermənistana ən azı 1000 MVt gücündə VVER-1000 enerji blokunun tikintisi ilə bağlı rəsmi təklif təqdim edib:
“Rosatom” layihəni beynəlxalq inteqrasiya olunmuş konsorsium formatında həyata keçirməyə hazırdır. İrəvan istəsə, tikinti prosesinə digər ölkələrin, o cümlədən Fransa, Cənubi Koreya və Çindən olan istehsalçıları da cəlb etmək mümkündür”.